Xoşqədəmdən ANS-ATV savaşına MÜNASİBƏT
Bizi izləyin

Magazin1

Xoşqədəmdən ANS-ATV savaşına MÜNASİBƏT

Tanınmış aparıcı Xoşqədəm Hidayətqızı özünün “İnstaqram” bloqunda ATV ilə ANS arasında baş verən hadisələrə üstüörtülü münasibət bildirib.

Publika.az xəbər verir ki, aparıcı sabiq iş yeri barədə ürəyini belə boşaldıb:

“İdarəçilik önəmlidir, dostlar. Yəni çox gözəl filoloq, iqtisadçı, jurnalist ola bilərsən. Amma bu, hələ hansısa quruma, müəssisəyə rəhbərlik etmək demək deyil. O bir bacarıqdır, sənətdir. Bacarmasan, bitdi. 19 illik təcrübəmə əsasən mən bu qənaətə gəldim. Allah hər birimizə yaxşı iş yeri nəsib etsin”.

Aparıcının fikirləri bununla bitməyib. O, qadın fotosu paylaşaraq giley-güzarını davam etdirib:

“Mən bir qadın olaraq həyatımda çətinliklər yaşadım. Həmişə də zərbəni çörək verdiyim, müdafiə etdiyim insanlardan aldım. Hər yıxıldıqca deyirdim ki, daha qalxsam, kimsəyə yaxşılıq etməyəcəyəm. Amma tam əksi oldu. Allah qolunuza qüvvət versin, vurun məni. Bir qadınla savaşmağa nə var ki… Pulun da varsa, bu daha asan”.

Publika.az həmin fotonu təqdim edir:

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm