“Sehrli alma” baletinin premyerası keçiriləcək
Bizi izləyin

Magazin1

“Sehrli alma” baletinin premyerası keçiriləcək

Mayın 31-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında xalq artisti, görkəmli bəstəkar Oqtay Zülfüqarovun “Sehrli alma” baletinin premyerası keçiriləcək. Həmin gün bəstəkar Oqtay Zülfüqarovun doğum günüdür.

Teatrın mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, Azərbaycan xalq nağılı “Məlikməmməd”in motivləri əsasında tamaşaya qoyulan bu balet uşaqlar üçün nəzərdə tutulub və tamaşanın premyerası 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunub.

Yeni tamaşanın dirijoru beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyev, quruluşçu baletmeysteri Pellumb Aqalliyay, quruluşçu rəssamı isə əməkdar mədəniyyət işçisi Yusif Babayevdir.

Tamaşada əsas rollarda balet truppasının gənc solistləri Timur Oduşev, Faiq Qubatov, Mehman Mərdanov, Cəmilə Kərimova, Anar Mikayılov və başqaları çıxış edəcəklər.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm