• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Boşanan Lalədən gözlənilməz sevgi etirafı - FOTO

  • Magazin1
  • 22 May 2015 16:30
  • 2 594 Baxış
Boşanan Lalədən gözlənilməz sevgi etirafı - FOTO

Həyat yoldaşından boşanan əməkdar artist Lalə Məmmədova duyğulanıb.

Publika.az xəbər verir ki, müğənni özünün “İnstagram” səhifəsində lirik-romantik fonda poz verdiyi yeni fotosunu paylaşıb. Şəkilaltı təqdim olunan şeir də elə fonu tamamlayıb. Hüseyn Cavidin duyğusal şeirini təqdim edən müğənninin kimə xitab etdiyini deyə bilmərik. Yalnız o qətidir ki, paylaşılan şeirin hər sətrindən eşq süzülür.

“Gəldin də, neçin pənbə buludlar kimi axdın.
Bilməm, niyə getdin, niyə döndün, niyə baxdın?
Şimşək kimi çaxdın da, neçin könlümü yaxdın.
Bilməm, niyə getdin, niyə döndün, niyə baxdın?
Sərpildi alov ruhuma süzgün baxışından,
Sarsıldı da həp mənliyim, ey afəti-dövran.
Gəl, gəl olayım səndəki hər cilvəyə qurban.
Bilməm, niyə getdin, niyə döndün, niyə baxdın?

Huseyn Cavid əfəndi”.

Qeyd edək ki, bir müddət öncə boşanan Lalə Məmmədova ilə keçmiş həyat yoldaşı arasında yaşanan soyuq müharibə şou-biznes gündəmini alt-üst etmişdi.

Cəvahir

Xəbər lenti

DAHA ÇOX XƏBƏR