Əlibaba Məmmədov: “Mənə saçyoldu lazım deyil”
Bizi izləyin

Magazin1

Əlibaba Məmmədov: “Mənə saçyoldu lazım deyil”

Xalq artisti, ustad xanəndə Əlibaba Məmmədov şou proqramlara baxmadığını deyib.

Publika.az-a danışan sənətkar televiziyalarda yalnız ciddi verilişləri izlədiyini bildirib: “O şou verilişlərə baxıb qanımı qaraltmaq, əsəblərimi korlamaq istəmirəm. Mənimki muğamatdır. Efirdə də yalnız muğam ifaçılarını dinləmişəm. Hansı verilişə baxım? Hamısı insanları mənfi enerji ilə yükləyir. Bu saat insanları sevindirmək, onlara xoş əhval-ruhiyyə bəxş etmək lazımdır. “Şou-şou” deyirlər, vallah mən 70 ilin sənətkarıyam, bilmirəm şou nə deməkdir. Əgər bu şou qalmaqal, saçyoldudusa, mənə heç lazım deyil”.

Elə bu səbəbdən də ustad xanəndə şou proqramlardan uzaqdır.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm