Magazin1
Ədalət Şükürov: “Sərdar Ortaç qonorar ödəməli olacaq!”
Türkiyənin məşhur müğənnisi Sərdar Ortaç Azərbaycanın əməkdar artisti Ədalət Şükürovun mahnısını oxuyub. Artıq klip də çəkdirən türkiyəli müğənniyə “Dedim yox” mahnısı pulsuz başa gəlib. Publika.az xəbər verir ki, bu barədə mahnının müəllifi özü məlumat verib. O, türkiyəli həmkarının ona mahnı üçün ilk dəfə müraciət etdiyini əsas gətirərək mahnını ona bağışladığını deyib.
“Sərdar Ortaç mənim “Dedim yox” mahnımı ifa edərək, yeni albomuna da daxil edib. O, bu mahnını oxumazdan əvvəl məndən icazə alıb. Ancaq bunun müqabilində ondan hər hansı təmənna güdməmişəm. İfa etmək istəyib və mahnını təmənnasız ona vermişəm. Bununla bağlı bütün sənədləri imzalamışam”.
Publika.az-a açıqlama verən Şükürov bildirib ki, Ortaç ondan yenə mahnı istəsə, bu dəfə pulunu ödəməli olacaq:
“Hamı bu sualı verir ki, niyə Sərdar Ortaça mahnımı təmənnasız vermişəm. Cavabı çox sadədir. Mahnı üçün mənə ilk dəfə idi ki, müraciət edirdi. Pul istəmək yaxşı olmazdı. Ancaq bu dəfə ödəməli olacaq. Təbii ki, məndən yenə mahnı istəsə, ondan qonorar tələb edəcəm”.
İsa Şükürov
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?
-
Magazin123 Aprel 23:36
Tünzalə imicini dəyişdi - FOTO