• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

“Eurovision-2015”-in qalibi İsveç oldu - VİDEO

  • Magazin1
  • 24 May 2015 03:50
  • 2 273 Baxış
“Eurovision-2015”-in qalibi İsveç oldu - VİDEO

“Vienner Şdathal” arenada 60-cı “Eurovision” mahnı müsabiqəsi başa çatıb.

Publika.az xəbər verir ki, səsvermənin nəticələrinə görə, yarışmanın qalibi İsveç olub. Bu ölkənin təmsilçisi 365 səslə birinci yerə çıxıb.

303 səslə Rusiya ikinci, 292 səslə İtaliya üçüncü olub.

Azərbaycan isə 12-ci yerə çıxıb.

X X X

Mayın 23-də Bakı vaxtı ilə saat 00:00-da “Vienner Şdathal” arenada 60-cı “Eurovision” mahnı müsabiqəsinin final şousu başlayıb. Final konserti Avropanın 45-ə yaxın ölkəsində canlı yayımlanır.

Ənənəyə uyğun olaraq “Eurovision-2015” şousunun aparıcıları Arabella Kiesbauers və müsabiqənin ötənilki qalibi Konçita Vürst bu mötəbər layihənin tamaşaçılarını salamlayıb və iştirakçılara uğurlar arzulayıblar.

Açılış performansından sonra səhnəyə ilk olaraq 60-cı “Eurovision” mahnı müsabiqəsinin final şousunda adı birinci olan Sloveniya təmsilçisi Maraya çıxıb. Daha sonra Fransa, İsrail, Estoniya, Böyük Britaniya, Ermənistan, Litva, Serbiya, Norveç, İsveç, Kipr, Avstraliya, Belçika, Avstriya, Yunanıstan, Monteneqro, Almaniya, Polşa, Latviya, Rumıniya, İspaniya, Macarıstan, Gürcüstan, Azərbaycan, Rusiya, Albaniya, İtaliya təmsilçiləri performanslarını təqdim edəcəklər.

Səsvermə üçün ayrılmış vaxtda müsabiqənin təşkilatçıları tərəfindən hazırlanmış şou nümayiş olunacaq. Sonra səsvermənin nəticələri elan ediləcək.

“Eurovision-2015” mahnı müsabiqəsinin qalibi tamaşaçıların və peşəkar münsiflərin səsləri əsasında müəyyənləşəcək.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR