Elnur Hüseynovun final çıxışı - VİDEO/FOTO
Bizi izləyin

Magazin1

Elnur Hüseynovun final çıxışı - VİDEO/FOTO

Azərbaycanın “Eurovision 2015” mahnı müsabiqəsində təmsilçisi Elnur Hüseynov Avstriyanın paytaxtı Vyanada keçirilən “Eurovision 2015” mahnı müsabiqəsinin final mərhələsində iyirmi dördüncü nömrə altında uğurla çıxış edib.

O, müsabiqədə İsveç bəstəkarları Sandra Byurman, Nikolas Rebşer, Lina Hansonun bəstələdikləri “Hour of wolf” mahnısını ifa edib.

Həzin səsi, gözəl ifa tərzi ilə seçilən Elnur Hüseynov “Eurovision-2015” mahnı müsabiqəsinin favoritlərindən hesab olunur.

Finalda iştirak edən 27 ölkənin səhnəyə çıxma ardıcıllığı belədir: 1. Sloveniya, 2. Fransa, 3. İsrail, 4. Estoniya, 5. Böyük Britaniya, 6. Ermənistan, 7. Litva, 8. Serbiya, 9. Norveç, 10. İsveç, 11. Kipr, 12. Avstraliya, 13. Belçika, 14. Avstriya, 15. Yunanıstan, 16. Monteneqro, 17. Almaniya, 18. Polşa, 19. Latviya, 20. Rumıniya, 21. İspaniya, 22. Macarıstan, 23. Gürcüstan, 24. Azərbaycan, 25. Rusiya, 26. Albaniya, 27. İtaliya.

Qeyd edək ki, Elnur Hüseynov ABŞ-ın tanınmış caz vokalçısı Debora Karterin rəhbərliyi ilə vokal göstəricilərini daha da artıra bilib. O, Samir Cavadzadə ilə birgə 2008-ci ildə Serbiyada keçirilən “Eurovision” mahnı müsabiqəsində iştirak edərək “Day after day” mahnısı ilə səkkizinci yerə sahib olub.























Oxumağa davam et
Reklam
Reklam

Gündəm