VIII Beynəlxalq Mstislav Rostropoviç festivalı başa çatdı
Bizi izləyin

Magazin1

VIII Beynəlxalq Mstislav Rostropoviç festivalı başa çatdı

Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin və Mstislav Rostropoviç Fondunun birgə təşkilatçılığı ilə Bakıda keçirilən VIII Beynəlxalq Mstislav Rostropoviç festivalı başa çatdı.

Heydər Əliyev Sarayında keçirilən bağlanış konsertinin tamaşaçıları arasında görkəmli mədəniyyət və incəsənət xadimləri, o cümlədən festivalın bədii rəhbəri Olqa Rostropoviç də olub.

Mayın 17-dən 24-dək keçirilən festivalda dünyanın müxtəlif ölkələrindən tanınmış musiqiçilər, o cümlədən Rikkardo Mutinin idarəçiliyi ilə Luici Kerubini Gənclər Simfonik Orkestri, Qalina Vişnevskaya Opera İfaçılığı Mərkəzinin solistləri, İqor Butman kvarteti, violonçelist Arseni Çubaçin, habelə Rauf Abdullayevin dirijorluğu ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Azərbaycan Dövlət Xor Kapellası iştirak edib.

Festival çərçivəsində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının və Qalina Vişnevskaya Opera İfaçılığı Mərkəzinin solistlərinin ifasında italyan bəstəkarı R.Leonkavallonun “Payatsı” operası oynanılıb.

Festivalın sonunda Luici Kerubini Orkestrinin iştirakı ilə keçirilən, bədii rəhbəri və baş dirijoru Rikkardo Muti olan konsertin birinci bölməsində Frans Şubertin 4 nömrəli faciəvi c-mollu, D417 simfoniyası, ikinci bölməsində Pyotr Çaykovskinin əsərləri səslənib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm