Bakıda gürcüstanlı rəssamların sərgisi açılacaq
Bizi izləyin

Magazin1

Bakıda gürcüstanlı rəssamların sərgisi açılacaq

Bu gün “Natəvan” qalereyasında gürcüstanlı rəssamlar Avtandil Qurqenidze və Qriqoriy Apsiaurinin sərgisi açılacaq.

Qalereyadan publika.az-a bildiriblər ki, sərgidə rəssamların 1996-2015-ci illərdə çəkdikləri şəkillər nümayiş etdiriləcək. Gürcüstan və Avropada bir çox sərgilər keçirmiş bu rəssamlar ilk dəfə olaraq Bakı sakinlərinə “Dialoq” adı altında ümumi layihə təqdim edəcəklər.

Avtandil Qurqenidze və Qriqoriy Apsiauri Gürcüstanda anadan olmuş və boya başa çatmışlar. Elə orada da sənətə olan sevgini hiss etməyə başlamışlar. Onlar uzun diskusiya aparmağı sevirlər.

Avtandil Qurqenidze və Qriqoriy Apsiauri birlikdə beynəlxalq “Meteo” layihəsini həyata keçiriblər. Bu layihə çərçivəsində Kazbek dağının zirvəsində meteostansiyaların şəkli çəkilib. Layihə haqqında videomaterial “Natəvan” qalereyasında keçirilən “Dialoq” sərgisində göstəriləcək.

Sərgi mayın 30-dək davam edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm