Hansı iş adamı “Maşın şou”nun iştirakçısına təzyiq göstərir? - ŞOK
Bizi izləyin

Magazin1

Hansı iş adamı “Maşın şou”nun iştirakçısına təzyiq göstərir? - ŞOK

“Maşın şou” ilə bağlı sosial şəbəkələrdə məlumatlar yayılıb.

Publika.az xəbər verir ki, yayılan xəbərlərə görə, bəzi iş adamları şou iştirakçılarına təzyiq göstərərək onları maşından əl götürmələrini tələb edib. Hətta şoudan gedəcəkləri halda, onlara qiymətli hədiyyələr və avtomobil bağışlayacaqlarını deyiblər.

Şounun rəhbəri və aparıcısı Murad Dadaşov bunun mümkünsüz olduğunu bildirib və iştirakçıları belə söz-söhbətlərlə şirniklənməməyə çağırıb: “Mən bu şounun rəhbəri kimi deyirəm ki, heç kim bu şouya təzyiq göstərə bilməz. Heç kim yalan vədlərə inanmasın. Guya kiməsə təzyiq göstərirlər ki, əlini götürüb getsin, əvəzində onlara avtomobil və digər bahalı hədiyyələr veriləcək. Yalan söhbətdir, ən bahalı hədiyyə burdakı maşındır, o da qalibin olacaq”.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm