Təranə: "Xatun məni parodiya etsə..."
Bizi izləyin

Magazin1

Təranə: "Xatun məni parodiya etsə..."

Bəzi məşhurlar parodiya olunan kimi əl-ayağa düşürlər. Hətta onları parodiya edən şəxslərə hədə-qorxu, hərbə-zorba gəlməkdən belə çəkinmirlər. Ancaq ifaçı Təranə Qumral parodiyanı çox gözəl anladığını və bunu müsbət qarşıladığını Publika.az-a açıqlayıb: “Parodiya olunmaq ayıb deyil. Vay o adamların halına ki, bütün həyatlarını kimisə parodiya edərək yaşayırlar. Parodiyanı bütün dünya qəbul edir, sevə-sevə, gülə-gülə baxır. Axı burada mənfi nə var ki? Rafael Coşqun məni və Musanı parodiya edib, çox da gözəl alınmışdı. Mən belə şeylərə çox normal baxıram”.

“Bəs qeyri-peşəkarlar tərəfindən, məsələn ifaçı Xatun birdən sizi parodiya etsə, buna reaksiyanız necə olar, acığınız gəlməz ki? Axı o ifaçıdır, parodiya ustası deyil” sualını ifaçı belə cavablandırıb:

“Xatunu mən bu yaxınlarda kəşf etdim. Çox gözəl ifaçı olmaqla yanaşı çox da gözəl parodiya edir. Bacarır, edir. Axı burada pis heç nə yoxdur. Xatun məni də parodiya etsə, çox gözəl olar. Nə olsun o aktrisa deyil, ifaçıdır. Fakt budur ki, o, bunu bacarır. Buna görə onu qınayanları heç anlamıram”.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm