Məşhur operatorun 70 illik yubileyi
Bizi izləyin

Magazin1

Məşhur operatorun 70 illik yubileyi

Mayın 27-də Dövlət Film Fondunda Azərbaycanın görkəmli kinooperatoru və kinorejissoru Valeri Kərimovun 70 illik yubileyinə həsr edilmiş xatirə gecəsi keçiriləcək.

Publika.az xəbər verir ki, tədbirdə görkəmli sənətkara həsr edilmiş fotosərgi nümayiş etdiriləcək, sənət dostlarının xatirələri dinlənəcək.

Azərbaycanın əməkdar incəsənət xadimi, tanınmış kinooperator və kinorejissor Valeri Kərimov operator sənəti baxımından özünəməxsus üslubu ilə seçilən sənətkarlarımızdan biri olub. O, kinooperator kimi 30-a qədər film çəkib.

Kinostudiyada gənc operatorun ilk böyük işi 1974-cü ildə çəkdiyi “Çarvadarların izi ilə” bədii televiziya filmidir. Elə həmin il operator “Ömrün səhifələri” kinoalmanaxında iki novellanı lentə alıb: “Baladadaşın ilk məhəbbəti” və “Nəğmə dərsi”. Onun çəkdiyi filmlər sırasında “Alma almaya bənzər”, “Yuxu”, “De ki, məni sevirsən”, “Qaladan tapılan mücrü”, “Arxadan vurulan zərbə”, “Qorxma, mən səninləyəm”, “Qızıl uçurum”, “Yarımçıq qalmış mahnı”, “Ailə”, “Sizi dünyalar qədər sevirdim”, “Bir ailəlik bağ evi”, “Ötən ilin son gecəsi”, “Sürəyya” və s. ekran işləri var.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm