Ramiz Novruzun 60 illiyi qeyd olunub
Bizi izləyin

Magazin1

Ramiz Novruzun 60 illiyi qeyd olunub

Xalq artisti Ramiz Novruzun 60 yaşının tamam olması münasibətilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında sənətkarın baş rolları oynadığı tamaşalar nümayiş olunub.

Teatrın mətbuat xidmətindən publika.az-a bildirilib ki, üç gün ərzində Ramiz Novruz “Nadir şah”, “Silindr” və “Xanuma” tamaşalarında baş rolları oynayıb. “Xanuma” tamaşasından əvvəl aktyorun sənət dostları onun böyük enerji ilə yaratdığı rollardan söhbət açıblar, aktyoru təbrik edib, ona yaradıcılıq uğurları arzulayıblar.

Ramiz Novruz 1955-ci il mayın 25-də Biləsuvar rayonunun Səmədabad qəsəbəsində doğulub. O, Azərbaycan Dövlət İncəsənət İnstitutunun “Dram teatrı və kino aktyorluğu” fakültəsində Adil İsgəndərovun kursunda təhsil alıb. Ali təhsilini başa vurduqdan sonra təyinatla Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrına göndərilib. Sonra Azərbaycan Akademik Milli Dram Teatrının truppasına qəbul olunub. Elə ilk günlərdən ona irihəcmli və mürəkkəb xarakterli rollar tapşırılıb. Akademik Milli Dram Teatrının səhnəsində və kino sahəsində fəaliyyəti istedadlı aktyorun tez tanınmasına səbəb olub. Aktyorun “Nizami” filmində Dərbənd elçisi, “Sizi dünyalar qədər sevirdim” filmində general Həzi Aslanov və digər rollarının ona şöhrət gətirib.

Ramiz Novruz H.Cavidin “Topal Teymur”, L.Tolstoyun “Kreyser sonatası”, V.Şekspirin “Antoni və Kleopatra”, Orxan Kamalın “Dodaqdan qəlbə”, “Yad qızı” və digər tamaşalarda maraqlı obrazlar yaradıb.

Aktyorun yaratdığı obrazlar hər zaman alqışlarla qarşılanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm