Anar və Roza canlı yayımda üz-üzə gəldi
Bizi izləyin

Magazin1

Anar və Roza canlı yayımda üz-üzə gəldi

“Maşın şou” ətrafında söz-söhbət gün-gündən uzanır. Şounun finalçıları bəlli olsa da, maşın ətrafından uzaqlaşanlar arasında münasibət soyuq müharibəyə çevrilib.

Şounun finalının bir addımlığında oyundan uzaqlaşdırılan stilist Anar Ağakişiyev bu gün ANS kanalının qonağı olub. Şoudan danışan stilist bundan sonra müğənni Roza Zərgərli, Elçin Hüseynov və aşıq Əli ilə bir daha münasibətinin olmayacağını da dilə gətirib.

“Şoudan sonra Roza Zərgərli, Elçin və aşıq Əli ilə münasibətim olmayacaq. Ancaq salam-sağ ol ola bilər”.

Daha sonra müğənni Roza Zərgərli verilişə qonaq gəlib.

“Öz tərəfimdən deyə bilərəm ki, heç bir inciklik yoxdur. “Maşın şou” isə bir oyundur. Anarın adını çəkməyimə baxmayaraq, mən oyundan getməli idim. Səs toplasam da, gedəcəkdim”.

Daha sonra Roza xanım şou boyu efirə getməyən bir sirrin üstünü açıb. Məlum olub ki, o, realiti şounun qızıl qanunu pozaraq əlini maşın üzərindən götürsə də, onu oyundan kənarlaşdırmayıblar.

“Kərim Mehriban Xanlarova ilə mübahisə edəndən sonra əlini maşının üzərindən götürəndə, mən də əllərimi götürüb onu qucaqladım. Xahiş etdim ki, getmə. O, məni itələdi. Sonra Anardan xahiş etdim ki, get onu gətir. Bu isə Anarın xoşuna gəlməyib. Buna görə də məndən inciyib”.

Anar isə bunu özünə qarşı təxribat olduğunu ifadə edib:

“Roza xanım əlini maşın üzərindən götürməyib. Bunu videodan da gördük. Bu, təxribat idi. Mehriban Xanlarova Aygün Kazımovanı uzaqlaşdırmaq istəyirdi. Roza bunu bilərək ona demədi. Hələ üstəlik, Mehriban Xanlarova üçün səs istəyirdi”.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm