M.Ə.Sabir Fondu dilimizi əcnəbi kəlmələrdən təmizləmək üçün təkilflər irəli sürüb
Bizi izləyin

Magazin1

M.Ə.Sabir Fondu dilimizi əcnəbi kəlmələrdən təmizləmək üçün təkilflər irəli sürüb

Bu gün Mirzə Ələkbər Sabirin anadan olmasının 153-cü ildönümü ilə əlaqədar böyük şairin adını daşıyan fondun təşkilatçılığı ilə mətbuat konfransı keçirilib.

Fondun rəhbəri Sevda Tahirli rəhbərlik etdiyi qurumun həyata keçirdiyi layihələrdən söz açaraq bildirib ki, qurumun fəaliyyətinin əsas məqsədlərindən biri cəmiyyətimizdə milli dəyərlərimizi qorumaq, habelə Sabirin vurğuladığı kimi, insanlarda vətənpərvərlik hissini gücləndirməkdən ibarətdir.

Mətbuat konfransında müxtəlif KİV-ləri təmsil edən nümayəndələrlə milli mənəvi dəyərlərimizin qorunması, təbliği istiqamətində fikir mübadiləsi aparılıb. Çıxışlarda cəmiyyətin və mətbuatın əsas borcunun dilimizi qorumaqdan ibarət olduğu bildirilib, dilimizi yad təsirlərdən və yersiz əcnəbi kəlmələrdən təmizləmək üçün təkliflər irəli sürülüb.

Tədbir çərçivəsində jurnalistlərə M.Ə.Sabirin “Hophopnamə”si hədiyyə olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm