Nazir Mikayıl Müşfiqin Xatirə Muzeyində - FOTOLAR
Bizi izləyin

Magazin1

Nazir Mikayıl Müşfiqin Xatirə Muzeyində - FOTOLAR

Şimal bölgəsinə səfər zamanı mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Xızı rayonunda yerləşən görkəmli Azərbaycan şairi, rəssamı Mikayıl Müşfiqin Xatirə Muzeyinə baş çəkib. Nazirlikdən Publika.az-a verilən məlumata görə, muzeyin hazırkı vəziyyəti, ekspozisiyaları ilə yaxından maraqlanıb.

Bununla yanaşı, nazirə muzeydə keçirilən tədbirlər haqqında ətraflı məlumat verilib. Qeyd olunub ki, şairin xatirəsi bu bölgəyə səfər edən yerli və xarici vətəndaşlar üçün hər zaman əzizdir və Müşfiq ocağına ziyarət heç vaxt azalmır. Müşfiqin xatirəsini yüzlərlə vətəndaş yad edərək Xatirə Muzeyini ziyarət edirlər.

Nazir həmçinin, muzeyin iş şəraiti, əməkdaşların iş prosesi barədə də məlumatlandırılıb. Əbülfəs Qarayev muzeyin ərazisinin genişləndirilməsi, yeni inzibati otaqların tikilməsi üçün tədbirlər planının hazırlanması haqqında tapşırıqlar verib. Eyni zamanda muzeyin ekspozisiyasında olan əsərlərin mühafizəsi ilə bağlı da göstəriş verilib. Həmçinin, şairin irsinin geniş təbliğ olunması ilə bağlı müxtəlif dillərdə çap məhsullarının hazırlanması ilə bağlı tövsiyələr verilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm