"Yüksəliş"-in təqdimatı oldu - FOTOLAR
Bizi izləyin

Magazin1

"Yüksəliş"-in təqdimatı oldu - FOTOLAR

Nizami Kino Mərkəzində tanınmış rejissor, xalq artisti Vasif Babayevin dövlət sifarişi ilə çəkdiyi “Yüksəliş” tammetrajlı sənədli filminin təqdimatı olub. Film “Salnamə” studiyasının məhsuludur. Film görkəmli alim-konstruktor, uzun illər SSRİ Kosmik Uçuşlar üzrə Dövlət Komissiyasının sədri olmuş general-leytenant Kərim Kərimovun xatirəsinə ithaf olunub.

Tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev filmin Azərbaycanın fəxri olan nadir şəxsiyyətlərdən birinə həsr olunduğunu bildirib. Qeyd edib ki, iki dəfə Sovet İttifaqı qəhrəmanı adına, müxtəlif ordenlərə layiq görülən Kərim Kərimov haqqında çəkilən bu film ilk dəfə geniş ictimaiyyətə təqdim edilir.

Publika.az-ın təqdimatda iştirak edən əməkdaşı xəbər verir ki, 52 dəqiqəlik film tam olaraq görkəmli alim Kərim Kərimovun həyatını tam olaraq əks etdirir. Filmdə çoxlu arxiv kadrlarından da istifadə olunub. 68 illik bir həyatı əks etdirən filmdə 1945-ci ildən 2013-cü ilədək müxtəlif arxiv kadrları əks olunub. Burada Kərim Kərimovun kosmonavtika elminə verdiyi töhfələrdən tutmuş, Heydər Əliyevin Azərbaycanda kosmonavtikanın inkişafı ilə bağlı gördüyü işlər, SSRİ-də kosmonavtikaya həsr edilən ilk konqresin Azərbaycanda keçirilməsinə dair maraqlı kadrlar da yer alıb.

Filmin ideya müəllifi akademik Arif Paşayev, layihə rəhbərləri akademiklər Arif Paşayev və Arif Mehdiyevdir.

Filmin çəkilişləri Moskvada, Bakıda və Baykonurda aparılıb.

İsa Şükürov

Foto: Rəşad Abbasov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm