Məşhur aparıcının cazibədar həyat yoldaşından yeni FOTOLAR
Bizi izləyin

Magazin1

Məşhur aparıcının cazibədar həyat yoldaşından yeni FOTOLAR

Tanınmış aparıcı Turan İbrahimovun həyat yoldaşı, vizajist və stilist Nərmin İbrahimova yeni fotosessiya etdirib.

Publika.az xəbər verir ki, fotosessiyada Nərmin İbrahimova bu yay dəbdə olan hippi və bohem stilinə üstünlük verib. Ağ sarafanı bohem stilinə xas saçaqlı jilet və quş tüklərindən düzəldilən sırğalarla uyğunlaşdırıb. Obrazını qalıcı olmayan qızılı və gümüşü rəngli döymələrlə tamamlayıb.

Nərmin İbrahimova toya hazırlaşan xanımlara məsləhət verib. Onun sözlərinə görə, toy günü hər bir xanım incə və zərif görünməlidir.

O, “Xanımlar bəzən çox sadə gəlin makiyajını bəyənmirlər, insanların zövqü müxtəlifdir. Amma mən o insanların zövqünü anlaya bilmirəm. Loru dildə desək, toy günü “gəlinin üzündə mütləq “şpaklyovka”, başında isə “göydələn” olmalıdır? Xeyr! Gəlin incə, təbii və təravətli görünməlidir. Artıq sizin bəyəndiyiniz saç və makiyaj çoxdan dəbdən düşüb...” - deyib.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm