Azərbaycanlı müğənninin hit mahnısını oğurladılar – VİDEO
Bizi izləyin

Magazin1

Azərbaycanlı müğənninin hit mahnısını oğurladılar – VİDEO

Yenicə fəaliyyətə başlayan gənc müğənni Rauf Əhmədovun hitə çevrilmiş “-40°” mahnısı oğurlanıb.

Publika.az xəbər verir ki, dubaylı musiqiçi DJ Drinche azərbaycanlı müğənni Rauf Əhmədovun "-40°" adlı populyar mahnısının musiqisini oğurlayıb.

Əhmədovun "-40°" mahnısı 2014-cü ilin dekabrında təqdim olunub və rəğbətlə qarşılanıb. Xatırladaq ki, sözügedən mahnı qısa müddət ərzində 300 mindən çox baxış sayı toplayıb.

Rauf Əhmədovun mətbuat katibinin sözlərinə görə, DJ Drinche həmin mahnının musiqisini "Love in Dubai" trekində istifadə edib. Maraqlısı odur ki, trekin müəllifi kimi Valdrin Abazi qeyd olunub. Əslində isə "-40°" mahnısını tanınmış azərbaycanlı hitmeyker Nicat Məlikov yazıb.

Müqayisə üçün hər iki kompozisiyanı təqdim edirik:

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm