Xalq şairi Səməd Vurğunun xatirəsi yad edilib
Bizi izləyin

Magazin1

Xalq şairi Səməd Vurğunun xatirəsi yad edilib

Bu gün Səməd Vurğunun ev-muzeyinin təşkilatçılığı ilə şairin Fəxri xiyabandakı məzarı önündə onun vəfatının 59-ci ildönümünə həsr olunmuş anma mərasimi keçirilib.

Tədbir iştirakçıları şairin məzarı üstünə tər güllər düzüblər. Səməd Vurğunun ev-muzeyinin direktor əvəzi Xanım Şadlinskaya şairin həyat və yaradıcılığından söhbət açıb. Qazax Xeyriyyə Cəmiyyətinin sədri Vidadi Bayramov, İbrahim Əbilov adına mədəniyyət mərkəzinin bədii rəhbəri Mirəhməd Əsgərov, Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, şair-publisist Fəridə Ləman, şair-publisist Zərəngiz Qayalı və başqaları şairə olan ümumxalq məhəbbətindən danışıblar.

İbrahim Əbilov adına mədəniyyət mərkəzinin “Vurğun” poeziya teatrının üzvləri görkəmli söz ustasının “Ana”, “Yadıma düşdü”, “Azərbaycan” və başqa şeirlərindən ibarət ədəbi-bədii kompozisiya nümayiş etdiriblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm