Mehriban Xanlarova: “O təkliflərdən imtina etmişəm”
Bizi izləyin

Magazin1

Mehriban Xanlarova: “O təkliflərdən imtina etmişəm”

Əməkdar artist Mehriban Xanlarova rejissorlardan özünə uyğun rollar gözləyir.

Publika.az-a danışan aktrisa arzularını dilə gətirib: “Bir çox rejissorlar filmlərdə mənə rollar təklif edib, amma mən qəbul etməmişəm. Çünki özümü o rollarda görə bilməmişəm. Nə qədər ki, ürəyimcə olmayacaq, rollardan imtina edəcəyəm. Arzularım var. İstəyirəm ki, öz taleyimi, yaşadığım həyatı filmdə canlandırım. O qadını hamı tanısın. Görsünlər ki, həyatdakı Mehriban insanlara təqdim olunan aqressiv, əsəbi qadın deyil. Ürəyi yumşaq, adı kimi mehriban və həyatın hər üzünü görmüş bir qadındır”.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm