Gənc xanəndələrin konserti olacaq
Bizi izləyin

Magazin1

Gənc xanəndələrin konserti olacaq

İyunun 18-də Heydər Əliyev Sarayında “Gəncləşən muğam” adlı gənc muğam ifaçılarının konserti keçiriləcək.

Sarayın mətbuat xidmətindən verilən məlumata görə, konsert xalq artisti Mənsum İbrahimov və əməkdar artistlər Elçin Həşimov və Elnur Əhmədovun birgə layihəsi əsasında reallaşacaq.

Gecədə əməkdar artist Təyyar Bayramov, Aytən Məhərrəmova, Arzu Əliyeva, Xətai Hacıyev, Vüsalə Rəcova, Qızılgül Babayeva, Orxan Hüseynli, Türkay Məlikova və digər gənc xanəndələr çıxış edəcəklər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm