Efirdə sinəsi görünən aparıcı: “Başıbəlalı, daşı ağır Səidə” – MÜSAHİBƏ/VİDEO
Bizi izləyin

Magazin1

Efirdə sinəsi görünən aparıcı: “Başıbəlalı, daşı ağır Səidə” – MÜSAHİBƏ/VİDEO

Müğənni Səidə Sultanın aparıcılıq etdiyi “Əsl şou” verilişində mahnı ifa edərkən sinəsinin paltardan görünməsi yerli mediaya bomba kimi düşdü. Videonu paylaşmayan, şərh bildirməyən demək olar ki, olmadı.

Publika.az məsələ ilə əlaqədar müğənninin özü ilə əlaqə saxlayıb. Müğənni baş verən hadisədən çox pis olduğunu söyləyib:

- Adi bir haldır. Elə təsəvvür edin ki, heç efir adamı deyiləm. Adi qızam. Yolda gedəndə yıxıldım və haramsa göründü. Bunu bilərəkdən etməmişəm. Ani bir qəza idi. Sadəcə, arxamdan 2 mikrofon asılı idi. Mən də oynağan, hərəkətli adamam. Mikrofonlar paltarı dartdı. Yaxşı ki, tez hiss etdim və düzəltdim. Amma görən artıq görmüşdü. Özüm də çox pis oldum. Bu dərəcədə şişirtməyin yeri yox idi. Dünyanın müxtəlif ölkələrində belə hadisələr yaşanır. Mən yetimin də başına gəldi. İstəməzdim belə hadisə yaşansın. Amma nə etmək olar. Həyat bizim istəklərimizdən asılı deyil.

- Səidə xanım, bəziləri bunu düşünülmüş reklam hesab edirlər. Buna nə deyərdiniz?

- Ayıb olsun. İnsan necə özünü o vəziyyətə salar ki... Belə də reklam olar?! İndiki dövrdə Azərbaycanda belə gündəmə gəlməyi heç kəs istəməz. Mən elə şey fikirləşirəmsə, mənə ayıb olsun. Mənim verilişimə uşaqlar, ailələr, yaşlı və ziyalı insanlar baxır. Mən o hərəkəti bilərəkdən etmiş olsam, məndən vicdansız adam yoxdur. Mən şən adamam. Dərdim olsa da, heç kəs bilməyəcək. Pozitiv hissləri ötürməyi sevirəm. Heç vaxt belə bir hərəkəti bilərəkdən ata bilmərəm. Camaat ayağını aralayıb şpaqat açdı, hər şeyi qaldı çöldə heç ondan yazan olmadı. Yazdılar ki, şpaqat açdı. Şpaqat yox e, hər yeri qaldı çöldə. Ayıbdır. Amma mən bilərəkdən etmədiyim bir işi bu boyda şişirtdilər. Belə alçaqlıq etmərəm. Bu, hər kəsin başına gələ bilər.

- Məlum hadisədən sonra evdəkilərin Sizə münasibəti necə oldu?

- Düzünü deyim, gözləyirdim ki, evdə məni top atəşinə tutacaqlar. Cavan vaxtlarımda açıq-saçıq şəkillər çəkdirəndə məni çox danlayırdılar.Utandığımdan qaçıb gizlənirdim. Amma bu dəfə evdəkilər də gördü ki, mən bu hərəkəti bilərəkdən etməmişəm. Efir vaxtı başıma o qədər vurdum ki, bilmədim əvvəlcə nə edim. Belə hadisələr yaşamamışam.

- Amma tez bir zamanda məsələni zarafata salmağı da bacardın...

- Başqa əlacım yox idi. Məcbur idim. Ani oldu. Nə edim? Vurun öldürün məni. Evdə də dedilər ki, düzgün paltar seç. Azərbaycanda qısa geyinən tək mən deyiləm. Şou biznesin 80 faizi qısa geyinir. Hərəkətli olduğumdan əynimdə bu geyimlər daha çox qabarır. Heç kəsin qısa geyimi danışılamayanda, mənim paltarlarım müzakirə obyekti olub.

- Elə bil sən daha çox diqqət mərkəzindəsən...

- Mən şou biznesdə ömrü boyu ən çox “vurulan” insanlardan biri olmuşam. Başı bəlalı, daşı ağır Səidə. Buna baxmayaraq, kim nə deyir-desin mən davam edəcəyəm. Mən mübarizəmi sona kimi aparacağam.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm