Dövlət Gənc Tamaşaçılar Teatrında "Miras" təqdim olunacaq
Bizi izləyin

Magazin1

Dövlət Gənc Tamaşaçılar Teatrında "Miras" təqdim olunacaq

Bu gün və sabah Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “Miras” adlı tamaşanın premyerası olacaq. Tanınmış yazıçı–dramaturq Hüseynbala Mirələmovun eyniadlı əsəri əsasında hazırlanmış tamaşanın quruluşçu rejissoru əməkdar incəsənət xadimi Bəhram Osmanov, rəssamı Sevinc Həsənova, musiqi tərtibatçısı İradə Muradovadır.

Teatrın mətbuat xidmətindən publika.az-a verilən məlumata görə, səhnə əsərində əsas obrazları əməkdar artistlər Rahib Əliyev, Şəfəq Əliyeva, Nəsibə Eldarova, Kəmalə Hüseynova, Qurban İsmayılov, Şövqi Hüseynov, aktyorlar Elşən Şirəliyev, Vüsal Mehrəliyev ifa edəcəklər.

Yeni səhnə əsərinin süjeti bir ailənin müxtəlif əqidəli üzvlərinin fikir ayrılığı üzərində qurulub. Tamaşada bir tərəfdə sovet quruluşunun bərpa edilməsi arzusu ilə yaşayan sabiq partiya işçisi və onun silahdaşları, digər tərəfdə isə firavan həyat naminə ölkəsini tərk etmiş gəncin acı taleyi durur. Gəncin valideynləri övladlarına kömək etmək üçün yeganə ümid yeri olan yaşadıqları mənzili satmaq niyyətindədirlər. Onlar ev sahibi olan yaşlı atanı yola gətirməyə çalışırlar. Hadisələr inkişaf etdikcə qəhrəmanların yanılması və özlərinin də gözləmədiyi xəbərlərlə rastlaşdıqları məlum olur.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm