• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Əli Mirəliyev: “Sevgililərim hər zaman olub”

  • Magazin1
  • 29 May 2015 16:30
  • 702 Baxış
Əli Mirəliyev: “Sevgililərim hər zaman olub”

Müğənni Əli Mirəliyev “Günaydın” verilişinin qonağı olub. Emosional çıxışları ilə seçilən müğənninin növbəti hədəfi ifaçı Sabir Əliyev olub. Mirəliyev onu toyxana oxuyanı adlandırıb.

“Məni sənətkarlar toya aparıb. Mən sənətkarlar bulağından su içmişəm. Hacıbaba heç vaxt demədi ki, mən yaxşı xanəndəyəm. O, əksinə deyirdi ki, mən oxuyan deyiləm, mən yola verirəm. Camaatı aldadıram. Sözün qüdrətinə baxın. Sabir Əliyev adında biri var. Palatkada oxuyur. Toyxana oxuyanıdır. Deyir mən peşəkaram. Necə peşəkaram ki, mahnının kantasını bilmirsən. Atlar ölüb, itlərin bayramıdır”.

Veriliş boyu Əli Mirəliyev həmçinin sevgi həyatından da danışıb.

“650 sevgilim olub. Amma həyat yoldaşım birdir. Ailə birdir. Soyadım birdir. 650 də təxminidir. Bəlkə də, çoxdur. Sevgi azaddır. Yaşın nə fərqi var ki?! Mənim sevgililərim hər zaman olub. Öz aramızda, mənim “vid-fasonum” da var axı”.

Qeyd edək ki, “Günaydın” verilişi həftə içi 5 gün saat 14:20-da teleaparıcı Vüsalə Kərimovanın təqdimatında “Space” telekanalında yayımlanır.

İsa Şükürov

Xəbər lenti

DAHA ÇOX XƏBƏR