Güldürən və düşündürən Molla Nəsrəddin müasir teatr yozumunda səhnəmizə qayıdır
Bizi izləyin

Magazin1

Güldürən və düşündürən Molla Nəsrəddin müasir teatr yozumunda səhnəmizə qayıdır

Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı “Nəsrəddin evlənir...?” tamaşasını təqdim edəcək. Tamaşanın premyerası iyunun 6-da Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında olacaq.

İrəvan Dövlət Azərbaycan Dram Teatrından bildirilib ki, tamaşanı qoca Şərqin ən varlı və ən kasıb adamı, türk dünyasının ortaq folklor qəhrəmanı, güldürən və düşündürən Molla Nəsrəddin lətifələrinin motivləri əsasında Xaqani Əliyev səhnələşdirib.

Tamaşada Molla Nəsrəddin ilk dəfə olaraq müasir teatr yozumunda və aktyor oyunu üslubunda, yəni 25-30 yaş arasında, özünün duzlu, məzəli, hikmətli, düşündürən lətifələri ilə təqdim olunacaq. Bu rolu gənc aktyor Elçin Hacıyev ifa edəcək.

Yaradıcı heyət tamaşaçılara Molla Nəsrəddinin kənd lotularının aldadaraq ona ərə verdikləri eybəcər və qoca arvadı cavan bir gözələ necə dəyişdiyi, ölüm yatağında başının üstünü kəsmiş Əzrayılı necə aldadaraq ölməzlik qazandığı, qazanın doğaraq öldüyünü necə inamla danışdığı, Avroviziya ulduzu Konçitaya necə sataşdığı və digər maraqlı səhnələrə baxıb, gülə-gülə düşünəcəklərini vəd edir.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm