Şeyx qəzəbləndi: “Müğənnilərə sponsorluq edir...”
Bizi izləyin

Magazin1

Şeyx qəzəbləndi: “Müğənnilərə sponsorluq edir...”

Tanınmış rejissor Şeyx Əbdül Mahmudbəyov çəkmək arzusunda olduğu filmlərdən danışıb.

Publika.az-a açıqlama verən rejissor hələ də arzularını reallaşdıra bilmədiyindən gileylənib: “Həmişə tarixi qəhrəmanlar haqqında film çəkmək arzusu ilə yaşamışam. “Qaçaq Nəbi”ni ekranlaşdırdım, uğurlu da alındı. Amma Şah İsmayıl Xətai və Ağaməhəmməd şah Qacar haqqında çəkmək istədiyim film hələ reallaşa bilmir. Hər iki filmin ssenraisi əlimdə hazırdır, bir o qalıb ki, pul ayrılsın, çəkiliş meydançasına yığışaq. Həmin filmlərə çəkəcəyim aktyorları müəyyən etmişəm. O qədər iş adamları var ki, mənasız kliplərə, müğənnilərə sponsorluq edir, amma tariximizi əks etdirən filmlərin çəkilişinə pul verməyə əlləri gəlmir”.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm