Səidə Quliyeva: ”Bu sual həmişə məni əsəbiləşdirir”-ETİRAF
Bizi izləyin

Magazin1

Səidə Quliyeva: ”Bu sual həmişə məni əsəbiləşdirir”-ETİRAF

Xalq artisti, tanınmış aktrisa Səidə Quliyeva oynadığı rollardan danışıb. Publika.az-a danışan aktrisa oynadığı rollara fərq qoymadığını, hamısını eyni dərəcədə sevdiyini deyib:

“Bəzən mənə sual verirlər ki, hansı rolunu daha çox xoşlayırsan? Heç vaxt bu sualı sevməmişəm və bu sual məni əsəbiləşdirib. Çünki mənim üçün bütün rollar eyni dərəcədə doğmadır. Çünki həmin obrazların hər birinə zəhmət çəkib, can qoymuşam. Təbii ki, tamaşaçının az və daha çox sevdiyi rollar ola bilər. Amma mənim üçün o rolların hamısı sevimlidir. O rollar mənə övlad kimidir, insan balasına necə fərq qoya bilər”.

Əvvəllər küçədə və getdiyi yerlərdə oynadığı obrazların adı ilə çağrıldığını deyən Səidə Quliyeva bu müraciətdən xoşlandığını bildirib: “Atayevlər ailəsi” televiziya tamaşasında Reyhan rolunu oynayandan sonra hər yerdə məni Reyhan deyə çağırırdılar. Bəzən də mənə şeir deyən qız, irigözlü qız deyirdilər. Sonralar isə artıq püxtələşib Səidə oldum”.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm