“Ulduz” filminin Yetərindən təzə xəbər- FOTO
Bizi izləyin

Magazin1

“Ulduz” filminin Yetərindən təzə xəbər- FOTO

Tanınmış aktrisa Suğra Bağırzadə nəhayət ki, uzun illərin fasiləsindən sonra yenidən çəkiliş meydançasında olacaq.

Bu barədə Publika.az-a danışan aktrisa hələ ki, filmin adını açıqlamayıb:

“Hələ ki, bu barədə danışmaq istəmirəm. Amma tam qərar verəndən sonra film barədə danışacağam. Hələ ki, qarşıda məni istirahət gözləyir, xarici ölkələrin birinə səfərə çıxacağam. Qayıdandan sonra çəkilişlərə başlayacağıq”.

Maraqlıdır, aktrisa nə əcəb seriallara çəkilmir, olmaya rejissorlardan dəvət almır?

Aktrisa serillara çəkilmək istəmədiyini bildirib: “Rejissorlardan dəvətlər alıram, amma özüm serillarda çəkilmək istəmirəm. Bunun da bir çox səbəbi var. Bir səbəbi deyə bilərəm ki, mən həm də rəssamam, ekibana ilə məşğul oluram. Bununla bağlı xarici ölkələrdə oluram, sərgilərdə iştirak edirəm. Seriallara çəkilmək həm də vaxt tələb edir, mən özümü büsbütün bu sahəyə həsr edə bilmərəm”.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm