Gürcüstanın və Azərbaycanın incəsənət xadimlərinin təqdimatında “Payatsı” operası
Bizi izləyin

Magazin1

Gürcüstanın və Azərbaycanın incəsənət xadimlərinin təqdimatında “Payatsı” operası

Bu gün Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Rudjero Leonkavallonun “Payatsı” operası təqdim olunacaq. Teatrın rəhbərliyi budəfəki tamaşaya gürcüstanlı opera sənətçilərini də dəvət edib.

Teatrın mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, tamaşanı Z.Paliaşvili adına Tbilisi Dövlət Opera və Balet Teatrının baş dirijoru David Kintsuraşvili idarə edəcək. Əsas rollardan biri olan Kanio partiyasını isə Gürcüstanın xalq artisti, dövlət mükafatı laureatı, professor Teymuraz Ququşvili oynayacaq.

Tamaşada, həmçinin Azərbaycanın gənc və istedadlı opera müğənnilərindən əməkdar artistlər Afaq Abbasova (Nedda) və Cahangir Qurbanov (Silvio), solistlər Anton Ferştandt (Tonio), Atəş Qurbanov (Arlekin) iştirak edəcəklər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm