“Dünya uşaqların pəncərəsindən” adlı sərgi təşkil olunacaq
Bizi izləyin

Magazin1

“Dünya uşaqların pəncərəsindən” adlı sərgi təşkil olunacaq

Bu gün F.Köçərli adına Respublika Uşaq Kitabxanasında “Dünya uşaqların pəncərəsindən” adlı sərgi təşkil olunacaq.

Kitabxanadan verilən məlumata görə, Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan sərgidə rəssamlığa dair kitablar, “Silsilə” incəsənət studiyasının uşaq və valideynlərinin rəsm əsərləri nümayiş etdiriləcək. Ş.Ələkbərova adına 20 nömrəli musiqi məktəbinin şagirdlərinin çıxışı tədbirə bayram əhval-ruhiyyəsi qatacaq. İştirakçılar, həmçinin kitabxananın incəsənət şöbəsinin əməkdaşları tərəfindən hazırlanmış videoslaydları izləyə biləcəklər.

Uşaq hüquqlarının təmin edilməsi ölkəmizdə həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Tədbiri keçirməkdə əsas məqsəd kitabxananın fəal, istedadlı oxucularının rəsm əsərlərini təqdim etmək və uşaqlara bayram sevinci bəxş etməkdir.

Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları, xalq rəssamı Arif Hüseynov, Səbail rayonu 23 nömrəli məktəbin ibtidai sinif şagirdləri, uşaq yazıçıları, kitabxana əməkdaşları, KİV nümayəndələri iştirak edəcəklər. Fəal iştirak edən uşaqlara diplom və hədiyyələr veriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm