Günel Türkiyədə kirayədə yaşayır
Bizi izləyin

Magazin1

Günel Türkiyədə kirayədə yaşayır

Azərbaycanı Türkiyədə təmsil edən müğənni Günel Zeynalova 8 ildir yaşadığı evdən köçüb. Bu haqda ifaçı ATV telekanalına müsahibəsində bildirib:

“Köçmüşəm. Fulyada yaşayırdım. Artıq Maslaka köçmüşəm. Bu evi almamışam, kirayə yaşayırıq. İstifadə etmədiyimiz əşyaları isə ehtiyacı olan insanlara verdik. Evdə tam 3 evlik əşya var idi”.

İfaçı müsahibəsində həmçinin ifa janrını dəyişərək yeni albom buraxacağını da əlavə edib.

“Fantazi-arabesk janrında mahnılar ifa etmək istəyirəm. Gülşən və Soner Sarıkabadayıdan mahnılar almaq istəyirəm. Əsas odur ki, səsim var. Səs varsa, istənilən mahnını ifa edə bilərsən”.

Qeyd edək ki, müğənninin “Hər şeyə dəyər” adlı mahnısı Kral Müzik Ödülləri mükafatlandırma mərasimində nominasiyalar sırasındadır.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm