• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Aytac: “Ebru Gündeş bunu edirsə, mən niyə etməyim?!” - FOTOLAR

  • Magazin1
  • 1 İyun 2015 11:15
  • 2 344 Baxış
Aytac: “Ebru Gündeş bunu edirsə, mən niyə etməyim?!” - FOTOLAR

Gənc müğənni Aytac Vidadiqızı rəsmi “İnstagram” bloqunda paltarlarını satışa çıxarması ilə bağlı məlumat yerləşdirib. Hər zaman yaxşı maddi durumu ilə fərqlənən ifaçının belə addım atması sosial şəbəkə izləyicilərinin də marağına səbəb olub. Bəziləri bu paylaşımların müğənninin özü tərəfindən edildiyinə inanmayıb.

Publika.az məsələ ilə bağlı Aytac Vidadiqızı ilə əlaqə saxlayıb. O, xəbəri təsdiq edib və bu ideyanın Ebru Gündeşdən qaynaqlandığını bildirib:

“İndiyədək heç vaxt paltarlarımı satmamışam. Qiymətindən asılı olmayaraq, istənilən paltarımı hədiyyə etmişəm. Ebru Gündeşin paltarlarını satdığını görüb, mən də hədiyyə etmək fikrindən daşındım. Artıq mən də paltarlarımı satıram. Ebru Gündeş kimi zəngin bir xanım paltarlarını açıq satışa çıxarırsa, mən niyə satmayım?! Satışda olan paltarlarımı cəmi bir dəfə geyinmişəm. Çünki onlar gündəlik geyimlər deyil. Elə paltarlar var ki, onları ümumiyyətlə, geyinməmişəm. Satış işləri ilə Nigar Tağı məşğul olacaq. Burda qəbahət yoxdur. Patlarını satan müğənnilərimiz çoxdur. Amma onlar bunu başqasının əli ilə edir. Halal zəhmətimlə qazandığım paltarlarımı satıram. Burada utanmalı bir şey yoxdur”.

İfaçı həmçinin maddi vəziyyətinin pis olması üzündən bahalı paltarlarını satışa çıxartma məsələsinə də münasibət bildirib.

“Əvvəkli durumuma baxanda kasıblamışam. Krizis hamımıza çatıb. Amma satışa çıxarmağımın səbəbi bu deyil. Evdə paltar əlindən yer yoxdur. Mən onsuz da, bu paltarları bir daha geyinməyəcəyəm. 100-dən çox bahalı, brend firmaların geyimləridir. Çoxunu da xaricdən almışam”.

İsa Şükürov

Xəbər lenti

DAHA ÇOX XƏBƏR