“Elşadla aylarla bir-birimizi görməsək də...” - VİDEO
Bizi izləyin

Magazin1

“Elşadla aylarla bir-birimizi görməsək də...” - VİDEO

Rəqqasə Oksana "Region TV"yə açıqlamasında şəxsi həyatından və Elşad Xose ilə münasibətindən danışıb:

"Mənim şəxsi həyatım çox vaxt ikinci planda olub. 3-4 il əvvəl şəxsi həyatım ön planda idi. Elşadla yaxın münasibətimiz olmasa da, aylarla bir-birimizi görməsək də, görüşəndə salamlaşırıq, hal-əhval tuturuq. Sevgi münasibətimiz yoxdur, dost da deyilik heç".

Rəqqasə Hindistandakı fəaliyyəti ilə bağlı da danışıb:

"1 aydan sonra yenidən Hindistana gedirəm. Çoxdandır gözlədiyim 3 illik iş vizam da artıq hazırdır. Orada 1 filmə də çəkiləcəyəm, hazırlıqların bitməsini gözləyirik. Azərbaycanı Hindistanda təmsil edirəm. Hər dəfə oraların yeməklərini soruşurlar məndən. Mən həmişə orada arıqlayıb gəlirdim Bakıya, amma bu dəfə kökəlib gəlmişəm.

Sevilən rəqqasə Hindistanla bağlı başqa xatirələrini də bölüşüb: "Şahrukxana kukla düzəldib hədiyyə etmişdim, İllər sonra görüşəndə məni tanımadı. Dedim ki, mən sizə kukla hədiyyə etmişəm, sonra tanıdı, məni qucaqladı".

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm