Oğlu Elza Seyidcahanın klip təqdimatına niyə gəlmədi?- FOTOLAR
Bizi izləyin

Magazin1

Oğlu Elza Seyidcahanın klip təqdimatına niyə gəlmədi?- FOTOLAR

Əməkdar artist Elza Seyidcahan media mənsublarını başına yığaraq “Qələbələr bizimdir” mahnısına çəkilən klipinin təqdimatını edib.

Publika.az xəbər verir ki, Avropa Oyunlarına həsr olunan mahnının sözləri İsmayıl Dadaşova, musiqisi isə Sirus Abasbəyliyə məxsusdur.

Klip Rövşən Əliyevin rejissor yozumunda ərsəyə gəlib.

Sənətçinin dediyinə görə, mahnını oxumaq təklifi ona bəstəkar Sirus Abasbəylidən gəlib: “Avropa Oyunlarına həsr etdiyim bir neçə mahnı var. Amma Sirus müəllim mənə zəng elədi ki, belə bir mahnı var, oxuyarsanmı? Cavab verdim ki, bəli. Mahnını oxuyandan sonra başa düşdüm ki, mən özümü orda görürəm. Sonralar Avropa Oyunlarına həsr etdiyim digər mahnıları da səsləndirəcəyəm”.

Elzanın oğlu Ələkbər Qasımov da klipdə iştirak edib. O, anasını skripkada müşayiət edib. Sənətçinin dediyinə görə, oğlu əvvəlcə klipə çəkilmək istəməyib: “Ələkbər çox utancaqdır, dedi ki, ana, mən səninlə eyni klipə çəkilmək istəmirəm. Mən ona dedim ki, oğlum, bu, Avropa Oyunlarına həsr olunmuş bir ekran işidir. Sarı siminə toxunmağı bacardım və o da razılaşdı. Amma görürsünüz də, o, təqdimat mərasiminə gəlmədi”.

Klipdə Elza maraqlı və qeyri-adi geyimi ilə diqqət çəkib:

“Paltarımı modelyer Mübariz Allahverdizadə hazırlayıb. Mən onun əl işinə vuruldum. İnanın ki, vaxt azlığından onunla heç görüşə də bilmədim, paltarın formasını mənə telefonda dedi. Təsəvvür edin. Klip çəkilişindən 2 gün əvvəl ölçülərimi göndərdim. Elə bil əynimə biçilmişdi. Bu paltarın özəlliyi ondadır ki, qollar çıxanda Türkiyə bayrağı, qollar taxılanda isə Azərbaycan bayrağı olur. Bu geyimdə çəkdirdiyim fotonu sosial şəbəkədə paylaşmışdım. Mənə o qədər xoş sözlər söylədilər ki, sevincimin həddi-hüdudu olmadı”.

Elza onu da bildirib ki, bu mahnının büdcəsi milyonlarla ölçülür.

“Bu klipdə Azərbaycanımın ən gözəl məkanları, ən gözəl insanları yer alıb. Bu mənada bu klip mənim üçün çox bahalı, milyonlara bərabər klipdir”- Seyidcahan belə deyib.

Klip barədə təəssüratlarını bölüşən şair İsmayıl Dadaşov da klipin seviləcəyini deyib: “Ölkəmizdə ilk dəfə keçirilən bu möhtəşəm tədbirə həsr olunmuş klip, məncə, hər kəs tərəfindən seviləcək”.

Cəvahir

Foto: Rəşad Abbasov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm