• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

“Bomba Baba” filminin çəkilişlərinin hazırlıq prosesi başlanıb

  • Magazin1
  • 1 İyun 2015 17:10
  • 301 Baxış
“Bomba Baba” filminin çəkilişlərinin hazırlıq prosesi başlanıb

Bakıda melodram-komediya janrında “Bomba Baba” filminin çəkilişlərinin hazırlıq prosesi başlanıb.

Prodüser Şahnaz Abdullayeva Publika.az-a açıqlamasında bildirib ki, filmin ssenari müəllifi və rejissoru Rusiyada və Avropada kifayət qədər tanınmış həmyerlimiz Nadir Maçanovdur.

Qeyd edək ki, Nadir Maçanov Heydər Əliyev Fondunun dəstəyi ilə “Mosfilm” kinostudiyasında gerçəkləşən və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın baş prodüseri olduğu “Bakı, mən səni sevirəm” kinolayihəsinin prodüser və rejissorlarından biridir.

Filmin baş operatoru “Bakı, mən səni sevirəm” kinolayihəsinin ikinci operatoru Raid Abbasovdur.

Xatırladaq ki, “Bomba Baba” filmi rejissorla operatorun ilk işi deyil, onlar birlikdə bir neçə layihə reallaşdırıblar. Sonuncu işləri isə 2014-cü ilin yayında Moskva və Ümumrusiya Patriarxlığının dəstəyi ilə çəkilən “Vera, nadejda i lyubov” sənədli filmi olub.

“Bomba Baba” filminin çəkiliş qrupuna xarici mütəxəssislər də cəlb olunub. Filmin baş rolunun ifaçıları qardaş Türkiyədən dəvət ediliblər.

Filmin Türkiyə ilə yanaşı, digər xarici ölkələrin də kinoteatrlarında yayımlanması nəzərdə tutulub.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR