MTRŞ-dan Səidə Sultanla bağlı AÇIQLAMA
Bizi izləyin

Magazin1

MTRŞ-dan Səidə Sultanla bağlı AÇIQLAMA

“Milli Tele-Radio Şurasına arayışın təqdim olunması hələ hansısa tədbirin görüləcəyi demək deyil”.

Bu sözləri Axar.az-a açıqlamasında Milli Televiziya və Radio Şurasının Monitorinq şöbəsinin aparat rəhbəri Toğrul Məmmədov deyib:

“MTRŞ-nın Monitorinq şöbəsi hər bir halda arayış tərtib edib rəhbərliyə təhvil verir. Sözügedən məsələnin arayışda yer aldığı doğrudur, amma hər hansı bir tədbir görülməsi gözlənilmir. Təsadüfi baş verən bir hadisə olduğuna görə hansısa tədbir görülməsi nəzərdə tutulmayıb”.

Xatırladaq ki, bir neçə gün əvvəl “Əsl şou” verilişi zamanı aparıcı-müğənni Səidə Sultanın sinəsinin görünməsi mətbuatda böyük rezonans doğurub. Sözügedən hadisədən sonra Milli Televiziya və Radio Şurasının Monitorinq şöbəsinin müdiri Təvəkkül Dadaşov Axar.az-a açıqlamasında məsələ ilə bağlı arayış tərtib edildiyini bildirmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm