”Alkaş” kişilər olub ki…”- Nüşabə Ələsgərli ortalığı qarışdırdı - QARŞIDURMA
Bizi izləyin

Magazin1

”Alkaş” kişilər olub ki…”- Nüşabə Ələsgərli ortalığı qarışdırdı - QARŞIDURMA

Əməkdar artist Nüşabə Ələsgərlinin ATV-nin “Şirin çay” verilişində atalar sözlərinin müasir dövrlə səsləşmədiyi barədə söylədiyi fikirlər cəmiyyətdə birmənalı qarşılanmayıb.

“Anasına bax, qızını al, qırağına bax, bezini al. Bu fikir nə dərəcədə doğrudur? O qədər “alkaş “kişilər olub ki, onun oğlu ağıllı-kamallı, savadlı olub. Atalar sözlərinin çoxu indiki vaxtla düz gəlmir”- deyən Nüşabə Ələsgərlinin bu sözləri folklorşünas alim və professor Məhərrəm Qasımlını özündən çıxarıb.

Publika.az-a açıqlama verən M.Qasımlı bu cür fikirlərin səsləndirilməsini intellektin yoxluğu ilə izah edib: “Atalar sözləri və zərb məsəllər nəinki illərin, əsrlərin sınağından keçərək bu günümüzə qədər gəlib çıxıb və özünü doğruldub. Həyatda sınanılmış, yoxlanılmış, və bəlli bir qənaətin məhsulu olan atalar sözlərinə heç kim şəkk-şübhə edə bilməz. “Anasına bax, qızını al” yüzə yüz sınaqdan çıxan və özünü doğruldan ifadədir. Bu o deməkdir ki, qız alanda əslini-nəcabətini yoxlamalısan və “ot kökü üstə bitər”. Görürsünüz, yenə də atalar sözündən istifadə etdim. Təəssüf ki, bizim müğənnilərin dünyagörüşü məhduddur. Onların səsi olsa da, intellektləri yoxdur. Buna görə də ağızlarına gələni danışırlar. Onlara məsləhət görərdim ki, intellektlərini artırsınlar”.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm