• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Alim Qasımovla daha bir duet – “Pərişanım” – FOTOLAR

  • Magazin1
  • 2 İyun 2015 14:20
  • 864 Baxış
Alim Qasımovla daha bir duet – “Pərişanım” – FOTOLAR

Bu gün daha bir maraqlı layihənin təqdimatı olub. Bu dəfə muğamla udda ifa sintez edilib. Publika.az xəbər verir ki, bu yenilik xalq artisti Alim Qasımovla ud ifaçısı Kənan Tərlanoğlunun birgə layihəsində gerçəkləşdirilib.

Təqdimatda çıxış edən Kənan Tərlanoğlu layihəsindən danışıb. Onun sözlərinə görə, "Böyük dayaq" filmindən götürülən "Pərişanım" mahnısına çəkilən klipi Rübail Əzimov aranjeman edib. Rejissoru isə Vüsal Tərlanoğludur. Onu da qeyd edək ki, ud ifaçısı daha bir yaradıcılıq nümunəsi ortaya qoyduğundan çox, Alim Qasımovla iş birliyindən məmnun görünürdü. Bunu özü də etiraf edib:

"Alim Qasımov ilə iş birliyinə imza atmaq mənim üçün şərəfdir".

Alim Qasımov isə musiqinin müxtəlif sahələrində özünü sınayan gənclərin ona müraciətindən danışıb:

“Mənim üçün cavanların mənə müraciət etməsi çox maraqlıdır. Hətta rep deyənlər belə mənə müraciət edir. Mahnıya qulaq asıb öz ifamı etdim. Nə ifa edəcəyimə isə yolda qərar verdim. Belə ki, studiyaya gedərkən burada səsləndirdiyim qəzəl yadıma düşdü. Fizulinin qəzəlidir. Bədahətən gəldi və ifa etdim”.

Qeyd edək ki, Kənan Tərlanoğlu ilk klipini 2012-ci ildə təqdim edib. "Ud nəğməsi" adlı həmin klipdən sonra isə o, albom buraxıb. Belə ki, o, 2013-cü ildə Türkiyədə "Ud Music" adlı albom çıxarıb.

Təqdimata Nüşabə Ələsgərli, Niyam Salami, Babək Niftəliyev, Leyla Ramazanlı, Samira Allahverdi və Elnarə Xəlilova da qatılıb.

İsa Şükürov

Xəbər lenti

DAHA ÇOX XƏBƏR