“Əli və Nino” filmi ilə bağlı yeni faktlar
Bizi izləyin

Magazin1

“Əli və Nino” filmi ilə bağlı yeni faktlar

Məlum olduğu kimi, "Əli və Nino" romanı əsasında romantik drama janrında, Kristofer Hemptonun ssenari müəllifliyi, Asif Kapadianın rejissorluğu ilə çəkilən eyniadlı bədii filmin çəkilişləri yekunlaşıb.

Publika.az Buro247.az-a istinadən xəbər verir ki, Böyük Britaniyanın məşhur "PeaPie Films" kino şirkəti tərəfindən çəkilmiş ekran işi hazırda montaj prosesindədir. Filmlə bağlı mütəmadi olaraq eksklüziv məlumatlar təqdim edən Buro247.az saytı çəkiliş prosesindən yeni kadrlar əldə edib. Şübhəsiz ki, filmdə XX əsrin əvvəllərindəki Bakı ab-havasını ən yaxşı əks etdirən detallardan biri aktyorların kostyumlarıdır. Kostyumlar üzərində britaniyalı dizayner Mişel Klepton, eləcə də Nina Ayres və Darren Noris çalışıblar.

Mişel Klepton

Mişel Klepton

Konni Nilsen və Mariya Valverde

Konni Nilsen və Mariya Valverde

Konni Nilsen

Konni Nilsen

Halit Ergenç, Konni Nilsen və Adam Bakri

Halit Ergenç, Konni Nilsen və Adam Bakri

Əsad Bub, Konni Nilsen və Adam Bakri

Əsad Bub, Konni Nilsen və Adam Bakri

Konni Nilsen

Konni Nilsen

Mendi Patinkin və Mariya Valverde

Mendi Patinkin və Mariya Valverde

Bundan başqa, məlum olub ki, "Əli və Nino" filminin bəstəkarı dünya şöhrətli italyalı musiqiçi Dario Marianellidir. O, 2005-ci ildə "Qürur və qərəz" (Pride & Prejudice), 2012-ci ildə "Bağışlanma" (Atonement) və 2012-ci ildə "Anna Karenina" (Anna Karenina) filmlərinə yazdığı musiqilərə görə nüfuzlu "Oskar" mükafatına layiq görülüb.

Dario Marianelli və Emi Adams

Dario Marianelli və Emi Adams

Xatırladaq ki, Qurban Səidin "Əli və Nino" romanı əsasında ekranlaşdırılan filmin icraçı prodüseri Leyla Əliyeva, prodüseri Kris Tikyer, rejissoru "Bafta" mükafatı sahibi Asif Kapadiya, ssenari müəllifi isə "Academy Award" mükafatı laureatı Kristofer Hemptondur. Rollarda Mariya Valverde (Nino Kipiani) və Adam Bakri (Əlixan Şirvanşir), Mendi Patinkin (knyaz Kipiani), Konni Nilsen (Tamar Kipani), Halit Ergenç (Fətəli xan Xoyski), Fəxrəddin Manafov (Hacı Zeynalabdin Tağıyev) və digərləri çəkiliblər.

"Əli və Nino"

Oxumağa davam et
Reklam
Reklam

Gündəm