Elarizlə Xatun parodiya qalmaqalında yenidən üz-üzə gəldilər
Bizi izləyin

Magazin1

Elarizlə Xatun parodiya qalmaqalında yenidən üz-üzə gəldilər

Bir müddət əvvəl həmkarı Elariz Məmmədoğlunu parodiya edən müğənni Xatun Əliyeva onunla birlikdə “Günaydın” verilişinin qonağı olub. Kifayət qədər emosional keçən verilişdə tərəflər dalaşmasalar da, öz sözlərinin üstündə durmağı bacarıblar. Xatun Əliyeva Elarizin ona qarşı olmasında və aralarında qalmaqal yaranmasında digər həmkarlarını günahlandırıb.

“Mən xanımları parodiya edəndə bir az çəkinirdim. Bilirdim ki, məni danışdırmaya bilərlər. Amma Elariz centlmen bir adamdır, müasirdir, onun geyimi və mahnılarını hər zaman sevmişəm. Hətta elə köhnə mahnılarını xatırlayıramki, Elariz özü də təəccüblənir, "bu mahnı sənin hardan yadında qalıb?", - deyir. Heç vaxt ağlıma gəlməzdi ki, Elariz mənim parodiyalarıma pis reaksiya verər. Amma onu da bilirəm ki, Elarizi “tirkalayıblar”.

Elariz Məmmədoğlu isə öz fikrində duraraq, Xatunu onu pəltək kimi qələmə verməkdə ittiham edib.

“Söhbət başqa cürdür. Xatun bir müğənnini parodiya edəndə bu dəb halını alacaq. Başqa müğənnilər də bir-birini parodiya etməyə başlayacaq. Adi insanlar da başlayacaq. Taksiyə minəcəksən, sürücü səni parodiya etməyə başlayacaq. Bu səbəbdən də bunu dəb halına salmaq olmaz. Peşəkar aktyor, parodist bunu edə bilər. Qeyri-peşəkara buna icazə vermək olmaz. Mənim xoşuma gəlmir. Bəzi insanları Xatun yaxşı parodiya edir. Məni isə parodiya edəndə “Novxanı bağlalı” deyir, guya mən “r” hərfini deyə bilmirəm. Məni pəltək kimi qələmə verir. Kənardan baxanlar da mənim pəltək olduğumu düşünəcəklər. Niyə? Çünki Xatun belə oxuyur. Bu səbəbdən Xatuna öz iradımı bildirmişəm. Yoxsa, Xatunla çox gözəl münasibətim olub. Hətta duet belə ifa etmək istəmişik. Amma parodiya araya girdi”.

Xatun Əliyeva isə həmkarına belə cavab verdi:

“Bu həyatda gözəl olan hər şey qəbul olunmalıdır. Mahnı bəstələyənlər var ki, peşəkar bəstəkar deyil. Hamı da ona mahnı sifariş edir. Böyük sənətkarlarımız olub. Nəsibə Zeynalova, Afaq Bəşirqızı və s. Amma özündə cəsarət tapıb parodiya edən xanım mən olmuşam. Bəlkə də tarixə düşsəm, bununla düşəcəyəm. Bunu edəndən sonra insanların qıcıq olmasını müşahidə edirəm. Hətta sosial şəbəkədə mənim şəkilimin altından çox pis sözlər yazmışdılar. Mənə qarğış etmişdilər. O sözləri yazan adamın profilinə girdim ki, görüm bu kimdir. Məlum oldu ki, həmin adam o sözləri yazmazdan əvvəl Könül Kərimova ona zəng etməyi xahiş edib. Məndə həmin yazışmanın və həmin sözlərin fotosu var. Könül Kərimova hər zaman sakit təbiəti, xanımlığı ilə seçilib. Heç başa düşə bilmirəm niyə belə edib. İndi nə Nazənin, nə də Könül xanım ilə danışıram. Onlar hətta bildirirlər ki, bu dava bitməyib. Bu davam edəcək”.

Qeyd edək ki, “Günaydın” verilişi həftə içi 5 gün saat 14:20-də teleaparıcı Vüsalə Kərimovanın təqdimatında “Space” telekanalında yayımlanır.

Publika.az verilişdən fotoları təqdim edir.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm