• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Azərbaycan “Xəzər - dostluq sahili” festivalında iştirak edəcək

  • Magazin1
  • 3 İyun 2015 09:45
  • 368 Baxış
Azərbaycan “Xəzər - dostluq sahili” festivalında iştirak edəcək

Azərbaycan, İran və Qazaxıstanın yaradıcı ansamblları iyunun 5-dən 11-dək Dağıstanın Mahaçqala şəhərində keçiriləcək “Xəzər - dostluq sahili” adlı III beynəlxalq festivalda iştirak edəcəklər. Xəzəryanı ölkələrin xalq yaradıcılığı festivalına Rusiya bölgələrinin nümayəndələri də qatılacaqlar.

Dağıstan hökuməti respublikanın müsbət imicinin yaradılması üçün “Xəzər – dostluq sahili” festivalına böyük ümidlər bəsləyir.

Festivalda tanınmış folklor ansamblları öz sənətlərini nümayiş etdirəcək, qədim ayinlər və rəqslər, xalq mahnı və melodiyaları təqdim olunacaq. Əsas məqsəd Xəzəryanı dövlətlər arasında mədəniyyət sahəsində əlaqələri və əməkdaşlığı genişləndirməkdən ibarətdir.

Festival Dərbənd şəhərinin 2000, Rusiya Dövlət Xalq Yaradıcılıq Evinin yaranmasının 100 və Böyük Vətən müharibəsində Qələbənin 70 illiyinə həsr olunub.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR