Xalq artisti: “Xanımım məni qısqanmayıb, çünki...”
Bizi izləyin

Magazin1

Xalq artisti: “Xanımım məni qısqanmayıb, çünki...”

Xalq artisti, tanınmış aktyor Rafiq Əzimov ilk dəfə olaraq şəxsi həyatından danışıb.

Publika.az-a danışan 77 yaşlı aktyor şux və cavan qalmasına görə həyat yoldaşına minnətdar olduğunu deyib: “Həyat yoldaşım həmişə mənə dayaq olub. Bəlkə də, o olmasaydı, səhnədə və həyatda uğurlara nail ola bilməzdim. Mən həmişə deyirəm ki, sənətkar uşaq kimidir, onların nazını çəkən qadına ehtiyacı var. Dahi Niyazinin həyat yoldaşı Həcər olmasaydı, o, bu qədər uğura çata bilməzdi. Bildiyimə görə, Həcər xanım Niyazinin uşaq kimi qayğısına qalıb. Mən də xanımıma borcluyam. Onunla evləndiyim üçün özümü xoşbəxt kişi sayıram”.

Aktyor xanımının heç vaxt onu qısqanmadığını və ona inandığını deyib:

“Həyat yoldaşım məni tərəf müqabillərimə qısqanmayıb, çünki mənə inanıb. Mən onun inamından sui-istifadə etməmişəm. Xanımıma olan sevgim heç vaxt azalmayıb”.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm