Səməd Səmədovdan Faytonçu Nazimin təhqirinə cavab - QALMAQAL
Bizi izləyin

Magazin1

Səməd Səmədovdan Faytonçu Nazimin təhqirinə cavab - QALMAQAL

Xalq artisti Səməd Səmədovla Faytonçu Nazim arasında qalmaqal yaşanıb. Buna səbəb Nazimin Səməd Səmədov barədə mətbuatda səsləndirdiyi fikirlər olub. Belə ki, Səməd Səmədovun yaşına yaraşmayan mahnılar oxuduğunu və onun yerinə utandığını deyən Nazim özünün hər zaman belə məsələlərə qarşı diqqətli olduğunu bildirib. “Elə mahnılar oxuyuram ki, anam, bacım mənim yerimə xəcalət çəkməsin” - deyən Nazim repertuarına nəzarət etdiyini bildirib.

Bu fikirlərdən əsəbiləşən xalq artisti Nazimdən bu hərəkəti gözləməyib və məsələni yerindəcə araşdırmaq üçün həmkarına zəng edib.

Publika.az-a açıqlama verən Səməd Səmədov belə ittihamlarla tez-tez qarşılaşdığını bildirib:

“Dünən mənə çatdırdılar ki, Nazim haqqımda xoşagəlməz fikirlər səsləndirib, güya mənim oxuduğum mahnılar yaşıma-başıma yaraşmır. Hətta mənim yerimə utanıb, xəcalət də çəkir. Sözün düzü, bu xəbər mənə çox pis təsir etdi. Amma məndə bir xasiyyət var ki, hisslərə qapılmıram, lap əzizim də olsa, mütləq araşdırma aparıram və əsl həqiqəti ortaya çıxarandan sonra qərar verirəm. Mən də birbaşa Nazimə zəng elədim və ona dedim ki, haqqımda bu sözləri söyləyib, ya yox? Nazim balalarının canına and içdi ki, mən belə söz deməmişəm. O qədər and-aman elədi ki, qaldım belə. İnanmıram ki, jurnalist onun adından bu sözləri yazsın. Sadəcə olaraq, insan müsahibə verəndə düşünüb-daşınmalıdır və nə dediyinin fərqinə varmalıdır”.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm