Flora Kərimova jurnalistlərlə vidalaşdı: “Son görüşümüzdür”- FOTOLAR
Bizi izləyin

Magazin1

Flora Kərimova jurnalistlərlə vidalaşdı: “Son görüşümüzdür”- FOTOLAR

Uzun illik fasilədən sonra xalq artisti Flora Kərimova yeni klipi ilə media mənsublarının qarşısına çıxıb. Sevilən sənətkar jurnalistləri göz yaşına boğub.

Publika.az xəbər verir ki, bəstəsi Sevinc Tofiqqızına, sözləri millət vəkili Qənirə Paşayevaya məxsus olan “Səni gözləyəcəyəm” adlı mahnıya çəkilən klipin təqdimat mərasimində Flora Kərimova gözlənilmədən vida sözləri söyləyib: “Jurnalistlər mənə suallar verib yormaq istəmirlər, mən bunu hiss edirəm. Ona görə də sözü mənə veriblər. Yaş insanı dilləndirir. Bu klip, bəlkə də, nakam sənət yanğısından doğulub. Vaxt keçəcək, bu klipə baxıb deyəcəksiniz ki, bir zamanlar Flora Kərimova adlı bir müğənni də olub. Mənim haqqımda danışacaqsınız, məni bu mahnı ilə yad edəcəksiniz. İstəyirəm ki, bu klip məndən sizə yadigar qalsın. Həyatdır, yaş da artıq o yaş deyil, bəlkə də, bir daha sizlərlə görüşmədim, bəlkə də… bu klipi sizə yadigar qoyuram”.

Xalq artistinin sözlərindən məyus olan və göz yaşlarına boğulan jurnalistlər onun bu fikirlərinə etiraz ediblər.

“Siz bizim sənətkarımızsınız, canlı əfsanəmizsiniz və bizimlə birgə həyatınızı davam etdirib hələ uzun illər yaşayacaqsınız. Bu sözlərə gərək yoxdur, Flora xanım. Nə yaxşı ki, siz varsınız, bu səs var”.

Media mənsubları da onu sakitləşdirə bilməyib. Xalq artisti sözünün üstündə möhkəm duraraq “bu bir həyatdır”- deyib.

Kədərli notlarla başlayan klip təqdimatı bəstəkar Sevinc Tofiqqızının fikirləri ilə davam edib:

“Klipdə mən də rol almışam. Bu, mənim üçün böyük fəxrdir ki, Flora xanımla eyni klipdə iştirak edirəm. Bu mahnı Flora xanımın ifasında seviləcək və tanınacaq”.

Çəkiliş prosesində rejissorun onun hər nazı ilə oynadığını deyən Flora Kərimova klipi bəyəndiyini də dilə gətirib: “Rejissor Nailə “Mayil” deyə-deyə qalmışdım. O da adını yanlış söyləməyimdən əsəbiləşməsə də, qızarıb-bozarmağından hiss edirdim ki, xoşuna gəlmir. Sağ olsun, nazımla oynadı. Ləhləyə-ləhləyə, qapalı məkanda xeyli əziyyət çəkə-çəkə iki qadın güclə klipə çəkilib işimizi başa vurduq. Çox xoşuma gəldi”.

Qeyd edək ki, mahnı rejissor Nail Naiboğlunun yozumunda ərsəyə gəlib. Mahnının aranjemançısı Osman Həmidovdur.

Klipə gəlincə, xalq artisti Flora Kərimovanın möhtəşəm səsi və ifası bəs etdi.

Cəvahir

Foto: Rəşad Abbasov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm