• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Azərbaycanlı prodüserə 30 minlik at hədiyyə etdilər - ÖZƏL

  • Magazin1
  • 3 İyun 2015 15:30
  • 2 284 Baxış
Azərbaycanlı prodüserə 30 minlik at hədiyyə etdilər - ÖZƏL

Prodüser Tamilla Hüseynəliyevaya at hədiyyə ediblər. O, Publika.az-a açıqlamasında hədiyyədən məmnun qaldığını söyləyib:

"Həyatımda aldığım ən dəyərli hədiyyədir. At təzə doğulub, 1 yaşı tamam olanda rəsmən mənim adıma keçəcək. Bakıdakı “Cıdır”da saxlamağı düşünürəm”.

Tamilla xanım atın hədiyyə edilməsinin tarixçəsini də bizimlə bölüşdü:

“Müğənni Əbdül Xalid və aparıcı Zaur məni qonaqlığa dəvət etmişdi. Orada yarış atları var idi. Onlara yaxınlaşmaq istədim, dedilər ki, bəzi atlara yaxınlaşmaq olar. Atlara su verdim, orada xeyli vaxt keçirdim, atlara olan sevgimi görən atların sahibi mənə qızılı rəngli bir at hədiyyə etdi. Qarabağ atıdır. Bildiyimə görə, 30 minlik dayçadır".

İsa Şükürov

Xəbər lenti

DAHA ÇOX XƏBƏR