• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

İki xalq artisti və Röya arasında sövdələşmə: “De görüm...” - VİDEO

  • Magazin1
  • 4 İyun 2015 11:15
  • 2 092 Baxış
İki xalq artisti və Röya arasında sövdələşmə: “De görüm...” - VİDEO

Xalq artisti Brilliant Dadaşova "De görüm, neyləmişəm" adlı mahnısını təqdim edib.

Publika.az xəbər verir ki, mahnı xalq artistinin bu il işıq üzü görəcəyi gözlənilən yeni albomuna daxil olacaq.

Mahnının sözləri Teymur Elçinə, musiqisi isə Fikrət Əmirova aiddir. İfaçı mahnını Türkiyədə lentə aldırıb. Mahnının aranjeman işləri də Türkiyədə həyata keçirilib. Mahnıda əməkdar artist, balaban ifaçısı Alixan Səmədovun ifası da yer alıb.

Xatırladaq ki, mahnının ilk ifaçısı xalq artisti İlhamə Quliyeva olub. O, 2013-cü ildə mahnını aranjeman edərək yenidən ifa edib. Daha sonra isə adıçəkilən mahnıya müğənni Röya da müraciət edib.

İlhamə Quliyevanın repertuarındakı mahnılara həssas münasibəti çoxları üçün sirr deyil. Müğənni hətta "kim mənim mahnımı oxusa və hansı telekanal bu müğənniyə efir versə, hər iki tərəfi məhkəməyə verəcəm", - şəklində hədə-qorxu da gəlmişdi. Buna baxmayaraq, müğənnilər “De görüm, neyləmişəm?” deməkdən çəkinməyib.

Maraqlıdır, görəsən, biri-birinə soyuq münasibətini gizlətməyən hər üç müğənninin eyni mahnıya olan bu sevgisi nədən qaynaqlanır? Bəlkə, onlar İlhamə Quliyevanı qıcıqlandırmaq istəyir?

Jalə Ağayeva

Xəbər lenti

DAHA ÇOX XƏBƏR