Musiqiçilərin Hyuston konsertindən FOTOLAR
Bizi izləyin

Magazin1

Musiqiçilərin Hyuston konsertindən FOTOLAR

Türkiyəli opera müğənnisi Oya Ergün, dünya şöhrətli orqançı Cəmilə Cavadova-Spitsberq ilə birlikdə ABŞ-ın Hyuston şəhərində konsert verib.

Konsert şəhərin “Christ the King” lüteran kilsəsində Türkiyənin Hyustondakı Baş Konsulluğu, Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyası, SOCAR və Türk Hava Yollarının dəstəyilə keçirilib.

Tamaşaçıların sırasında Türkiyənin Hyustondakı baş konsulu Ferhat Alkan, Azərbaycan Mərkəzinin rəhbəri İradə Axundova, diplomatik korpusun nümayəndələri və amerikalı sakinlər olublar.

Oya Ergün internet vasitəsilə açıqlamasında 1000-dən çox tamaşaçının iştirak etdiyi konsertin anşlaqla keçdiyini bildirib. Diqqətə çatdırıb ki, iki saat yarım davam edən konsert Los-Anceles şəhərində də olub. İfaçı bununla bağlı yaxın günlərdə mediaya məlumat verəcəyini bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm