Mehriban Kərimə: “Küçə qadınıyamsa, sübut eləsin”- QARŞIDURMA
Bizi izləyin

Magazin1

Mehriban Kərimə: “Küçə qadınıyamsa, sübut eləsin”- QARŞIDURMA

Əməkdar artist Mehriban Xanlarova ilə müğənni Kərim Abbasov arasında qalmaqal pik nöqtəyə çatıb. Kərimin aktrisanın onu şantaj etməsi barədə söylədiyi fikirlər qarşı tərəfi özündən çıxarıb.

Qeyd edək ki, Kərim Abbasov aktrisa tərəfindən ona gizlin nömrələrdən zənglər olunduğunu və hədələndiyini deyib.

Aktrisa Publika.az-a müsahibə verərək həqiqəti söyləyib.

- Mehriban xanım, Kərimə zəng etdirib, onu qorxutmağınızla bağlı müğənninin söylədiyi fikirlər həqiqətdirmi?

- Mən Kərimdən qorxmuram və onunla məhkəmədə üz-üzə gəlməyə də hazıram. Deyir ki, guya mən ona gizlin nömrələrlə zəng etdirib hədə-qorxu gəlmişəm. Sivil ölkədə yaşayırıq, qanunlarımız da gözəl işləyir. Əgər belədirsə, versin axtarışa və tapdırsın ki, o zənglər kimə məxsusdur. Mənim ona sözüm olsa, özüm cavabını verərəm, elə lazım olan sözləri də ünvanına söyləmişəm. Mən sənətkaram, əməkdar artistəm, heç kimə imkan vermərəm ki, məni aşağılasın, haqqımda nalayiq ifadələr səsləndirsin. Kərim özü məni təhqir edib, dağlı xanımların adına layiq olmadığımı, hətta buna görə xəcalət çəkdiyini deyib. Mən də onun cavabını vermişəm, özü də sivil formada. Söyməmişəm, təhqir etməmişəm.

- Axı ara sakitləşmişdi, aranızdakı münaqişə yenidən niyə belə qızışdı?

- Mən onun barəmdə təhqirlərinə cavab olaraq, “Space”in efirində bir kəlmə söylədim ki, Kərimin şəxsi həyatı barədə elə şeyləri açıb-tökərəm, Kərim Azərbaycandan çıxıb gedər. Bu ifadədə təhqir elementləri varmı? Ölən bacımın qəbrinə and olsun ki, mən ona zəng etdirib hədə-qorxu gəlməmişəm. Özümə nə gəlib ki, lazım olsa, sözümü üzünə deyərəm. Cəmi bir dəfə onun prodüserinə zəng edib demişəm ki, Kərimə denən, məndən üzr istəsin, əgər üzr istəməsə, onun şəxsi həyatı ilə bağlı biabırçılıqları açıb-tökəcəm.

- Yəni nəyi nəzərdə tuturdunuz? Deyirsiniz ki, orda təhqir elementi yox idi. Belədirsə, açıq söyləyin, qoyun özü də bilsin ki, burda təhqiramiz heç nə yoxdur.

- Açıq söyləyim də. Hər kəs bilir ki, Kərim Təranədən boşananda onu borca saldı, maşınını əlindən aldı və yazıq qızın başına oyun açdı. Burda da təhqir yoxdur, çünki bu məsələ hamının gözü qarşısında baş verib.

- Bu boyda qalmaqaldansa, Kərimin özünə zəng edib, məsələni öz aranızda həll edə bilməzdiniz? Bəlkə, Kərim də xanım olduğunuza görə sizə jest edib, üzr istəyərdi…

- Kərim kimdir ki, mən ona zəng edim. O, mənə zəng edib üzrxahlıq etməliydi, çünki məni təhqir edib. Mənim hansı əxlaqsızlığımı görüb, bəyəm mən küçə qadınıyam ki, mənə görə xəcalət çəkir? Bunu sübut eləsin. İndi də özü məni şantaj etməyə başlayıb. Deyirmiş ki, Mehriban Xanlarovanın da qonum-qonşusu var, guya mənim haqqımda kompromatlar əldə edib, cəmiyyətdə məni biabır edəcək. Mənim alnım açıq, üzüm ağdır. Getsin, kimdən nə xəbər toplayır, toplasın, heç kim mənim barəmdə artıq-əskik söz deməz, çünki məni yaxşı tanıyırlar.

- Axı bir ara Kərim demişdi ki, o sözləri “İnstagram”da özü yox, işçisi yazıb?

- Yalandan deyir. Üstündən on gün keçəndən sonra mənə xəbər göndərdi ki, guya bunu işçisi yazıb. Adama sual verərlər, sənin işçin kimdir axı, sənin əvəzinə oturub kiminsə haqqında təhqiramiz fikirlər yazsın. Özü də sənin şəxsi səhifəndə. Əgər elədirsə də, işçisi Kərimlə bərabər gəlib hüquq-mühafizə orqanlarında cavab verəcək.

- Bəlkə barışasınız, hər şey sülh yoluyla həll olunsun?

- Yox e, nə barışmaq. Mən axıra qədər gedəcəyəm. Kərim doqquz milyonluq Azərbaycan xalqının qabağında məndən üzr istəməsə, qanun sözünü deyəcək.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm