İlhamə Quliyeva jurnalistlərin qarşısında göz yaşı tökdü – FOTOLAR
Bizi izləyin

Magazin1

İlhamə Quliyeva jurnalistlərin qarşısında göz yaşı tökdü – FOTOLAR

Xalq artisti İlhamə Quliyeva media mənsublarını başına yığıb yeni klipinin təqdimatını edib.

Publika.az xəbər verir ki, Avropa Oyunlarına həsr olunmuş “Yaşa, idman bayramı” adlı mahnının klipi rejissor Nail Naiboğlunun yozumunda ərsəyə gəlib. Mahnının sözləri Baba Vəziroğluna, musiqisi Tahir Əkbərə məxsusdur.

Mahnı haqqında fikirlərini bölüşən İlhamə xanım klipdən məmnun qaldığını deyib: “Hər kəs bilir ki, böyük hadisələr olanda mən dinc dayanmıram. Mütləq iş görürəm, mahnı yazdırıram, kliplər çəkdirirəm. Avropa Oyunlarına görə fəxarət hissi keçirirəm”.

Xalq artisti qürurlandığı üçün ağlayıb: “Mən göz yaşlarımı saxlaya bilmirəm, qürurlanıram. Azərbaycanın belə güclü dövlət başçısı və güclü dövlətimiz var. Azərbaycanda yaşadığım üçün fəxr edirəm. Çox sevinirəm ki, ilk dəfə olaraq Avropa Oyunları ölkəmizdə keçirilir”.

Klip təqdimatında Baba Vəziroğlu, Əbdül Mahmudbəyov, Tahir Əkbər, Faiq Ağayev, Nadir Qafarzadə, Elçin Hüseynov, meyxanaçı Namiq Məna və başqaları iştirak edib.

Cəvahir

Foto: Rəşad Abbasov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm